Balina (film, 2022)

Balina
ing. The Whale
Filmin afişası
Filmin afişası
Janr dram filmi
Rejissor Darren Aronofski
Prodüserlər Ceremi Douson
Ari Hendel
Darren Aronofski
Ssenari müəllifi Semuel D. Hanter
Əsaslanır Semuel D. Hanterin "Balina" pyesi
Baş rollarda Brendan Freyzer
Sadi Sink
Honq Çau
Tay Simpkins
Samanta Morton
Operator Metyu Libatiq
Bəstəkar Rob Simonsen
Montajçı Endryu Veysblum
İstehsalçı Protozoa Pictures
Distribütor A24
İlk baxış tarixi 4 sentyabr 2022
Yayımlanma yeri Venesiya
Müddət 117 dəq.[1]
Büdcə $3 milyon [2]
Gəlir $28.4 milyon[3][4]
Ölkə ABŞ
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Nyuberq[d]
IMDb ID13833688
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balina (ing. The Whale) — ssenarisi 2012-ci ildə yayımlanmış eyniadlı pyes əsasında[5] Semuel D. Hanter tərəfindən yazılmış ssenariyə uyğun olaraq Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş və 2022-ci ildə təqdim edilmiş ABŞ psixoloji dram filmidir. Filmdə əsas rollar Brendan Freyzer, Sadi Sink, Honq Çau, Tay Simpkins və Samanta Morton tərəfindən canlandırılmışdır. Film, yeniyetmə qızı ilə münasibətlərini bərpa etməyə çalışan köklükdən əziyyət çəkən ingilis dili müəlliminin həyatından bəhs edir.[6]

Filmin premyerası 4 sentyabr 2022-ci ildə 79-cu Venesiya Beynəlxalq Film Festivalında baş tutmuş, 9 dekabrdan filmin ABŞ-də məhdud yayımına başlanılmış, 21 dekabrdan isə A24 filmin geniş yayımına start vermişdir. Aktyor ifası, xüsusilə Freyzer və Çaunun performansı yüksək qiymətləndirilsə də, film tənqidçilərin fikirlərini iki hissəyə ayırmışdır.[7] 3 milyon ABŞ dolları büdcəsi olan film, yayım zamanı 42 milyon ABŞ dolları gəlir toplamışdır.

Filmdə canlandırdığı rola görə Brendan Freyzer Ən yaxşı kişi rolu nominasiyasında Oskar mükafatı, eyni zamanda Tənqidçilərin seçimi mükafatı və Ekran aktyorları gildiyasının mükafatını qazanmış, Qızıl qlobusBAFTA mükafatlarına namizəd göstərilmişdir. "Balina" filmi həm də Ən yaxşı qrim və saç düzümü nominasiyasında Oskar mükafatı qazanmış, Ən yaxşı ikinci plan qadın roluna görə (Çau) isə Oskar mükafatına namizəd göstərilmişdir. Həmçinin "Balina" filmi Ən yaxşı teatral film nominasiyasında Amerika Prodüserlər Gildiyasının mükafatına namizəd göstərilmişdir.

  1. "The Whale". Venice Biennale. June 30, 2022. July 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2022.
  2. "Orange County among filming locations for new Brendan Fraser movie The Whale". Mid Hudson News. December 22, 2022. January 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2023.
  3. "The Whale (2022)". January 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2023.
  4. "The Whale (2022)". The Numbers. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2022.
  5. "The Whale (2022) – Darren Aronofsky | Synopsis, Characteristics, Moods, Themes and Related". AllMovie. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2023.
  6. "The Whale". A24. December 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2022.
  7. Sayre, Will. "The Whale: Why Brendan Fraser's Latest Movie Has Divided Viewers". MovieWeb. December 18, 2022. February 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2023.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy